İmişli rayonunda Araz çayında batan 11-ci sinif şagirdinin meyiti tapılıb.
NUHÇIXAN-ın məlumatına görə, aparılan axtarışlar zamanı bu gün səhər saatlarında 2009-cu il təvəllüdlü Turan Mirişlinin meyiti batdığı yerdən bir neçə yüz metr kənarda aşkarlanıb. Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsi üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Turan Mirişli iyunun 7-də Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində suda boğulub və onun axtarışları üçün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət və Xüsusi Riskli Xilasetmə xidmətlərinin dalğıc-axtarış qrupları cəlb edilib.
