Kəngərlidə yeni sığorta olunanlara sosial sığorta şəhadətnaməsi verilib - FOTOLAR
Fonddan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli rayon şöbəsi tərəfindən rayonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnamələrinin təqdim edilməsi və fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilib.
Kəngərli rayon İcra Hakimiyyətinin əməkdaşı Əsgər Quliyev tədbirin əhəmiyyəti barədə geniş məlumat verib.
Fondun Kəngərli rayon şöbəsinin müdiri Aqşin Əliyev, Kəngərli rayon Vergilər şöbəsinin bölmə rəisi Cahangir Hüseynov, şöbənin Sosial sığorta sektorunun müdiri Qulam Novruzov çıxış ediblər.
Bildirilib ki, 2019-cu ilin ötən dövrü ərzində Kəngərli rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 105 nəfər sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 70 sığortaolunan müəssisə və təşkilatlarda çalışanlar, 35 nəfər isə fiziki şəxslər olmuşdur.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər.
Sonra yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.