Culfada baş verən yanğında xəsarət alan ana və övladının vəziyyəti ağırdır - YENİLƏNİB

A- A A+

Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi və son vəziyyətləri açıqlanıb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.

Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

10:38

Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: