Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb

A- A A+

Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, 2 nəfər xəsarət alıb.

NUHÇIXAN xəbər verir ki, hadisə şəhərdə yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hazırda onlar Culfa Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar. Həkimlərin verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: