Pedaqoji təcrübəyə yekun vurulub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə III kurs tələbələrinin 2018-2019-cu tədris ilinin ikinci yarısında keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans keçirilib.
Konfransda Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu təhsil ocağında universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin müntəzəm əməkdaşlığına, dünya təhsil sisteminə inteqrasiyaya, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb. O, ümumilikdə, 108 tələbənin Heydər Əliyev adına tam orta məktəbdə, həmçinin 11 və 15 nömrəli tam orta məktəblərdə təcrübəni uğurla başa vurduğunu deyib.
Konfransda pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji fakültə üzrə təcrübənin yekunları haqqında”, xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dillər fakültəsi üzrə təcrübənin yekunları haqqında” çıxışları dinlənilib.
Sonda pedaqoji təcrübədə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim edilib.
Seyfur Hacımuradov