Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb

A- A A+

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib.

NUHÇIXAN-ın məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanğın zamanı 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı da xəsarət alıb. Hazırda onun müalicəsi davam etdirilir.

Xatırladaq ki, yanğın Culfa şəhərində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: