Şahbuz rayonunda yeni meyvə və üzüm bağı salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonun Daylaqlı kəndində yeni meyvə bağı salınıb. Bağa rayonun iqlim şəraitinə uyğun  1380  almaxara, gilənar  və alma tingləri əkilib. Bağda aqrotexniki tədbirlər də görülüb. Rayonda iqtisadi əhəmiyyətə malik üzüm bağlarının salınması da diqqət mərkəzində saxlanılır. Üzüm bağları əsasən əkinə yararsız maili sahələrdə salınır. Ağacəkmə aksiyası çərçivəsində Daylaqlı kəndi ərazisində  0.5 hektar sahədə yeni üzüm  bağı da salınıb. Sahəyə  600 üzüm tənəyi basdırılıb.

Qeyd edək ki, son illərdə  rayonda aparılan yaşıllaşdırma tədbirləri sayəsində yaşıllıq sahələrinin ümumi həcmi   183 hektara çatdırılıb ki, bu sahələrin də əksəriyyəti məhsul verən meyvə bağlarıdır.

                                                     Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: