Ağbulaqda yaşıllıq sahələri salınır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Ağbulaq İstirahət Mərkəzinin ətrafındakı dağ yamaclarında alça, dağ armudu, həmərsin, yemişan və digər iqlimə uyğun yabanı meyvə tingləri əkilib. Eyni zamanda dağ ətəklərində toxum üsulu ilə əkin bərpa işləri aparılıb. Toxum üsulu ilə əkin zamanı badamça, yemişan və həmərsin toxumlarına daha çox üstünlük verilib.
Qeyd edək ki, muxtar respublikanın dağlıq ərazilərində belə əkinlərin aparılmasında əsas məqsəd toxumla təbii bərpaya kömək etmək, bitki örtüyünü zənginləşdirmək və kənd sakinlərinin həmin bitkilərdən müxtəlif kompot, mürəbbə və digər ailə təsərrüfatı məhsulları hazırlayaraq satışa çıxarmalarına köməklik göstərməkdir. Qeyd edək ki, Ağbulaq kəndi ətrafındakı 15 hektar sahədə ting əkini, 70 hektar sahədə isə toxum üsulu ilə bərpa işləri nəzərdə tutulub. Hazırda 3 hektar sahədə ting üsulu ilə əkinlər aparılır, həmçinin 5 hektar sahədə isə toxumla bərpa işləri görülür.
Ərhan Novruzov