Naxçıvan şəhər Zəroş Həmzəyeva küçəsində təmir işləri aparılır - FOTOLAR

A- A A+

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhər İcra Hakimiyyətinin sifarişi əsasında “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Zəroş Həmzəyeva küçəsi istiqamətində deformasiyaya uğramış avtomobil yolunda yaranmış problem aradan qaldırılır.

Təmir zamanı yolun hərəkət hissəsində asfalt-beton işləri icra olunaraq səthin hamar və təhlükəsiz vəziyyətə gətirilməsi təmin edilir. 

Asfaltlanma işləri yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkətini təmin etmək məqsədilə yolda xətlənmə işləri aparılacaq və yolgöstərici xətlər çəkiləcəkdir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: