Naxçıvan Televiziyası kinooperator vəzifəsi üzrə işçi qəbulu elan edir

A- A A+

Naxçıvan Televiziyası peşəkar videokadrların çəkilişi sahəsində təcrübəyə malik olan şəxsləri kinooperator vəzifəsi üzrə işə dəvət edir.

Namizədə tələblər:

- Peşəkar videokamera, fotokamera və digər çəkiliş avadanlıqları ilə işləmək bacarığı;

- DJI Osmo, Ronin və digər stabilizasiya sistemləri ilə işləmək bacarığı;

- Televiziya, media və ya video istehsalı sahəsində iş təcrübəsi;

- Yaradıcılıq qabiliyyəti, estetik baxış və kadr quruluşu bacarığı;

- Operativ və məsuliyyətli işləmək, komanda ilə əməkdaşlıq etmək bacarığı;

- Ezamiyyət və səyyar çəkilişlərdə iştirak etmək imkanı;

- Video çəkiliş prosesinin texniki tələblərini bilmək.

Üstünlük veriləcək:

- Televiziya və xəbər çəkilişləri sahəsində təcrübəsi olanlara;

- Müasir çəkiliş texnologiyaları və avadanlıqları ilə işləmə bacarığına malik şəxslərə;

Qeyd: Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərin müraciət etməsi xahiş olunur. Namizədin Naxçıvan şəhərində və ya şəhərə yaxın yaşayış məntəqələrində yaşaması vacibdir.

Maraqlanan şəxslər CV-lərini və ya özləri haqqında qısa məlumatı əlaqə vasitələri üzərindən təqdim edə bilərlər.

Tel: 050 340 73 50

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: