Dövlət Gömrük Komitəsində tələbələrlə praktiki seminar keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində İqtisadi sahədə startap layihələrinin dəstəklənməsi ilə bağlı praktik məşğələ keçirilib.

Gömrük xidmətinin təkmilləşməsi və iş prosesinin sürətlənməsində avtomatlaşmanın rolu” mövzusunda keçirilən praktik seminarda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş “Dünya iqtisadiyyatı” ixtisasının tələbələri iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində yaradılmış İnnovasiya Mərkəzinin rəhbəri İsmayıl Məmmədov yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən startap layihələri barədə məlumat verib.

Komitənin Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, Emin Eylazov informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin gömrük xidmətinin inkişafında rolundan danışaraq, gömrük xidmətində tətbiq olunan innovativ layihələr barədə məlumat verib. Qeyd olunub ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi gömrük prosedurlarının sadələşdirilməsinə və ticarətin asanlaşdırılmasına gətirib çıxarıb.

Seminarda qeyd olunub ki, startapların real iş prosesinə uyğunlaşdırılması üçün layihə müəllifi olan tələbələrin gömrük orqanlarında “Könüllü gömrükçü” kimi işləməsinə şərait yaradılması və digər məsələlər də nəzərdə tutulub.

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının  icrasını təmin etmək məqsədilə Universitetdə görüləcək işlər haqda məlumat verib.

Praktik seminardan sonra tələbələr Komitənin Hədəf Mərkəzi ilə tanış olublar.

 

Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: