Dünya şöhrətli həkim

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasının akt zalında Azərbaycanın görkəmli elm xadimi, tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda universitetin rektoru Saleh Məhərrəmov  tibb elminin inkişafına mühüm töhfələri, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanan Akademik Zərifə xanım Əliyeva haqda məlumat verib.

Sonra Ümumi təbabət və gigiyena kafedrasının baş müəllimi Güllü Səfərova istedadlı alim, bacarıqlı insan, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə Əliyevanın həyatı və fəaliyyəti haqda geniş məlumat verib. Alimin 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olması da diqqətə çatdırılıb.

Çıxışlarda katarakta və günəşin gözlərə zərərli təsiri və müdafiə yollarından ətraflı bəhs edilib.

Tədbirin sonunda isə Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil edilən tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: