Ordubadın 11 kəndinə qazın verilişi dayandırılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndində yerləşən su elektrik stansiyasının gölündə suyun tam buraxılması nəticəsində qaz xəttinə ziyan dəyib.
NUHÇIXAN-ın məlumatına görə, nəticədə Ordubad rayonunun Gilançay, Biləv, Bəhrud, Parağa, Parağaçay, Tivi, Nəsirvaz, Bist, Ələhi, Xurs və Nürgüt kəndlərinə qazın təchizatı müvəqqəti dayandırılıb.
Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.