Gömrük nəzarətindən gizlədilən 36 mindən çox siqaret aşkarlanıb

A- A A+

Tovuz və Biləsuvar gömrük idarələri əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən 36 min 720 ədəd siqaret aşkar edilib.

Bu barədə NUHÇIXAN-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə yük nəqliyyat vasitələrinə tətbiq edilən gömrük yoxlamaları zamanı gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 12 min 320 min ədəd siqaret aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində isə yoxlamaya cəlb olunan yük nəqliyyat vasitəsinin qoşqusundakı 4 karton qutuda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 24 400 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: