Naxçıvanda Əməkdar müəllim vəfat edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, tanınmış pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Zəminə Nəcəfova vəfat edib.

Zəminə Məhərrəm qızı Nəcəfova uzun illər təhsil və elm sahəsində səmərəli fəaliyyət göstərib. O, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasında müəllim kimi çalışaraq yüzlərlə tələbənin yetişməsində mühüm rol oynayıb.

Elmi-pedaqoji fəaliyyəti ilə seçilən Zəminə Nəcəfova sənətşünaslıq sahəsində dəyərli tədqiqatların müəllifi olub və təhsil sahəsindəki xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: