NUHÇIXAN xəbər verir ki, ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinin və optimal müddətdə başa çatmasının və əkindən qabaq toxumların dərmanlanmasının əhəmiyyəti ilə bağlı Kəngərli rayonunda tarla seminar müşavirəsi olub.
Ailə təsərrüfatı sahiblərinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Rəhim Abutalıbov rayonda kənd təsərrüfatının inkişafında ailə təsərrüfatlarının əhəmiyyətindən danışıb.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Xaliq Abbasov və Valeh Mehdiyev çıxış edərək bildiriblər ki, mütərəqqi metodların tətbiqi, yeni texnikalardan səmərəli istifadə olunması kənd təsərrüfatının, xüsusilə də ailə təsərrüfatlarının inkişafında mühüm rol oynayır.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Oqtay Məmmədov ailə təsərrüfatlarının inkişaf etdirilməsində əkinlərin əkin atlaslarına uyğun aparılmasının əhəmiyyəti barədə və komitənin şöbə müdiri Tural Cəfərov isə ailə təsərrüfatlarında mülkiyyət hüququnun qeydiyyatı barədə danışıblar.
Xanım Rüstəmzadə