NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə İnstitutun rektoru Elbrus İsayev və kafedra müdiri Asif Axundov oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında geniş məlumat veriblər. Diqqətə çatdırılıb ki, ömrünü tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxoma xəstəliyinin qarşısının alınmasında böyük əmək sərf edib. Eyni zamanda xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.
Sonda Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.
Turab Hacızadə