Hüquq mühafizə orqanları arasında yarış olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, hüquq mühafizə orqanları arasında atıcılığın stend növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdikləri birincilik “Naxçıvan Muxtar Respublikası – 95” devizi ilə təşkil olunub. Yarışda 9 komandanın tərkibində 27 idmançı 2 qrupda mübarizə aparıb. Hər bir idmançı hədəfi dəqiq vurması üçün 10 atış edib.

Nəticələrə gəldikdə isə, 10 atışın hər birində hədəfi düzgün nişan alan Dövlət Gömrük Komitəsinin komandası rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb.

Mükafatlandırma mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov və Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli komandalara uğurlar arzulayıblar.

Sonda ilk 3 yerə çıxan komandalara təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.

                                                                    Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: