Naxçıvan Dövlət Universitetində AESOP layihəsi uğurla icra olunur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində tələbələrə AESOP layihəsinin uğurla icrasını təmin etmək məqsədilə maarifləndirici təlim keçirilib. Təlimdə “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutunu layihədə təmsil edən əməkdaşlar da  iştirak ediblər.

Təlimi Xarici tələbələrlə iş üzrə dekan, universitetin AESOP layihəsi üzrə işçi qrupunun üzvü, dosent Ceyran Quliyeva keçirib. Layihənin universitet üzrə akademik ombudsman vəzifəsi üzrə müavini, İngilis dili və tərcümə kafedrasının müəllimi Mehdi Səma  Hikmət, layihənin koordinatoru, universitetin Beynəlxalq əlaqələr bölməsinin müdiri Müşərrəf Məmmədova datreyninqdə iştirak ediblər. İştirakçılara layihənin əhəmiyyəti barədə məlumat verilib.

AESOP (Advocacy Establishment for Students through Ombudsman Position)-layihəsi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması”  universitetdə ombudsman vəzifəsinin yaradılması Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addımdır. Vurğulanıb ki,  layihə çərçivəsində universitet əməkdaşları üç ölkədə - Polşa, Portuqaliya və İtaliya universitetlərində olaraq orada fəaliyyət göstərən ombudsman ofisləri ilə, onların iş fəaliyyəti ilə, ombudsman vəzifəsini yerinə yetirən nümayəndələrlə tanış olublar. Həmçinin tədbir iştirakçılarına akademik ombudsmanın səlahiyyətləri haqda da məlumat verilib. Bildirilib ki, 4 illik müddətinə universitetin rektoru tərəfindən seçilən ombudsman ilin sonunda gördüyü işlər barədə rektora hesabat verir.

Qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsinə Erasmus+ proqramı çərçivəsində 2016-cı ildən start verilib. Layihədə ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl universitet və Şərqi tərəşdaşlıq ölkələrindən Gürcüstan üzrə 3, Ukraynadan 2 universitet təmsil olunub. Partnyor ölkələr qismində isə hər birindən bir təşkilat olmaqla Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya çıxış edir. 3 il davam edəcək layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanması və onların təhsillərini uğurla başa çatdırılmasının dəstəklənməsini nəzərdə tutur.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: