“Naxçıvan” Universitetində seminar-treninq

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətidən NUHÇIXAN-a verilən məlumata görə, “Naxçıvan” Universitetində “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən növbəti seminar-treninq keçirilib. Seminar-treninq Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı həyata keçirilib.

“Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim“ mövzusunda  keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin  əməkdaşları, Naxçıvan  Dövlət Universitetinin,  “Naxçıvan” Universitetinin və Naxçıvan Texniki Kollecinin bir qrup müəllim və tələbələri iştirak ediblər.

“Huawei” şirkətinin əməkdaşı Ülvi Əkbərov mobil rabitə sisteminin yaranması və 2G, 3G və 4G-LTE  texnologiyalarının strukturu və iş prinsipi haqqında  iştirakçılara geniş mühazirə oxuyub.

Sonda tələbələrin ­sualları cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: