Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb

A- A A+

İyunun 20-21-də ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 51, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eləcə də narkotiklərlə əlaqəli 34 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 48 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Kultivasiya yolu ilə yetişdirilmiş 488 çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 21,1 ton çəkidə 41 min 192 çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 4 tüfəng, 2 patron darağı və 33 ədəd patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: