Dövlət Qulluğu Məsələləri üzrə Komissiya maarifləndirici tədbir təşkil edib

A- A A+

Komissiyadan NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 35 nəfərin iştirakı ilə “Dövlət orqanlarında sənədlərlə işin aparılması qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kargüzarlıqla bağlı məlumat verib. Bildirib ki, seminarın məqsədi qanunvericiliyin tələbləri və edilmiş dəyişiklikləri kargüzarlıq işi üzrə məsul olan dövlət qulluqçularının diqqətinə elmi əsaslarla çatdırılmasıdır.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, dil və ədəbiyyat institutunun direktoru Əbülfəz Quliyev “Azərbaycan dilinin Orfoqrafiya Normaları” mövzusunda çıxış edərək orfoqrafiya qaydalarında edilən dəyişikliklərlə bağlı ətraflı izah verib. Həmçinin xüsusi isimlərin, mürəkkəb sözlərin, rəsmi adların, yüksək dövlət vəzifələrinin,  fəxri adların, sözlərin  yazılışı və digər qrammatik qaydalar barədə iştirakçıları məlumatlandırıb.

Komissiyanın əməkdaşı Türkan Gülməmmədli dövlət orqanlarında kargüzarlığın aparılması işi, habelə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması və bu kimi vacib məsələlər barədə məlumat verib.

Mövzularla bağlı slaydlar nümayiş etdirilib.

Tədbirin sonunda geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: