AYNA: "Koroğlu" NMM yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir

A- A A+

Yaxın günlərdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ("Piramida" tərəf) yaxınlığında hərəkət istiqamətləri dəyişdirilir.

Bu barədə NUHÇIXAN Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, ərazidəki avtobusların ləngiməsini aradan qaldırmaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Digər nəqliyyat vasitələri yeni trayektoriya ilə Milli Gimnastika Arenası və "Koroğlu" dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: