Naxçıvanda “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 22-də Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “Naxış-Nərgiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reytinqli şahmat turnirinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Baş hakim Urfan Sevdimalıyev yarışın gedişatı barədə ətraflı məlumat verib.

Sonra turnirin baş hakimi Urfan Sevdimalıyev, hakimlər Əli Hüseynzadə və Ramilə Hüseynova təltif olunublar. Ardınca qaliblər mükafatlandırılıb.

I yerin sahibi Mirsaleh Seyidov, II yerin sahibi Yasin Əzimov və III yerin sahibi Nəsrin Babayeva təltif olunub.

Yaş kateqoriyaları üzrə də qaliblər mükafatlandırılıb. Ən kiçik şahmatçılar Tuncay Behbudov və Dəniz Abbasbəyli, 8 yaş kateqoriyası üzrə Ayla Cəfərli, 10 yaş üzrə Məhəmməd Rza, 12 yaş üzrə Rail Qasımlı, 14 yaş üzrə Lətif Muradlı, veteranlar arasında Adil Sevdimalıyev, qadınlar arasında isə Nigar Qənbərli fərqləniblər.

Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və “Naxış-Nərgiz” MMC-nin icraçı direktoru Nüsrət Mehdiyev təqdim ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: