Ötən gün 57 cinayətin açılması təmin olunub

A- A A+

İyunun 22-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 149, o cümlədən borclu şəxs qismində axtarışda olan 111, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eləcə də narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 34,9 kiloqrama yaxın narkotik vasitə və 200 ədəd güclü təsiredici xassəyə malik metadon həbi, o cümlədən kultivasiya yolu ilə yetişdirilmiş 140 ədəd çətənə kolu aşkar edilərək götürülüb, yabanı halda bitmiş 13,4 ton çəkidə 47 min 152 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 4 tüfəng, 3 patron darağı və 177 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: