Naxçıvan Modul Elektrik Stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandırıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Modul Elektrik Stansiyası aprelin 25-dən aparılan təmir işlərinə görə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. İşçi briqadası tərəfindən stansiyanın maşın mexanizmlərinə texniki baxış keçirilir, aşkar olunan nasazlıqlar aradan qaldırılır. Həmçinin maşınların yumşaq birləşmələri təmir olunur, sıradan çıxmış hissələr yeniləri ilə əvəz edilir, maşınların yağları dəyişdirilir.

Stansiya təmir işlərinə görə müvəqqəti olaraq fəaliyyətini dayandırmasına baxmayaraq son illər yaradılan alternativ və bərpa olunan enerji mənbələri hesabına muxtar respublikada istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

Qeyd edək ki, Naxçıvan Modul Elektrik Stansiyası 2006-cı il dekabrın 20-də  işə salınıb. Stansiyada müasir texnologiyaya əsaslanan elektrik avadanlıqları quraşdırılıb, kollektivin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Ötən il stansiyada 244 milyon 447 min kilovat saat elektrik enerjisi istehsal edilib. Cari ilin I rübündə stansiyada 45 milyon kilovat saat elektrik enerjisi istehsal edilərək şəbəkələrə ötürülüb.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: