Naxçıvanda minik avtomobili avtobusla toqquşub, 3 nəfər xəsarət alıb

A- A A+

Naxçıvanda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, qəza Babək rayonunun Uzunoba kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı avtobus toqquşub.

Qəza nəticəsində 2007-ci il təvəllüdlü Kənan Babək oğlu Rüstəmov, 2006-cı il təvəllüdlü Kamran Vüqar oğlu Sadıqov və 1963-cü il təvəllüdlü Tamara Yusif qızı Tağıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: