Daşınmaz əmlakın icbari sığortası diqqət mərkəzindədir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı  tədbir olub.  

Tədbirdə Dövlət Baş Sığorta Ağentliyinin Baş direktoru Hikmət Əsgərov bildirib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə sahibkarlara məxsus daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının həyata keçirilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunub.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında cari ilin birinci rübündə sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 1001 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə isə 573 müqavilə bağlanılıb.

Hikmət Əsgərov bildirib ki, hələ də göstərilən icbari sığorta növləri üzrə bəzi sahibkarların vaxtında sığorta müqavilələri bağlamaqdan yayınma halları var. Bunlara yol verilməməsi üçün bu işə diqqət daha da artırılmalı, sahibkarlar arasında maarifləndirmə genişləndirilməlidir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov Fövqəladə Hallar Nazirliyi tərəfindən hər iki icbari sığortalar üzrə müqavilələrin bağlanmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət mayoru Mirtaleh Seyidov, şəhər, rayon dövlət sığorta agentliklərinin direktorları və  dövlət yanğın təhlükəsizliyi şöbələrinin rəisləri çıxış ediblər.

                                                                 

                                                           Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: