Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini general-mayor Elman Orucov, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov və tədbirdə  digər çıxış edənlər “Pedaqoji fikir tarixindən” kitabının maarifləndirici əhəmiyyətindən danışıblar. Bildirilib ki, kitabda Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılıb. “Pedaqoji fikir tarixindən” kitabının elmi-pedaqoji əhəmiyyəti, təlim-tərbiyə prosesində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.

Çıxışların ardından Heydər Əliyev adına Hərbi Liseyin kursantları tərəfindən “Pedaqoji fikir tarixindən” kitabında yer almış ­görkəmli şəxsiyyətlərimizin, maarifpərvər ziyalılarımızın əsərlərindən elm, təhsil, tərbiyə ilə bağlı seçmələri təqdim edilib.

Sonda Naxçıvan Dövlət Televiziyasının Eynəli bəy Sultanov haqqında hazırladığı “Onun həyat amalı” televiziya filmi nümayiş etdirilib.

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: