Türkmənistan vətəndaşı, 1999-cu il təvəllüdlü Aqamuhammet Annaberdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş A. Annaberdiyev 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qırğız Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
