Şərur rayonunda ilan sancması hadisəsi qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, hadisə rayonun Axura kəndində baş verib. Belə ki, 1966-cı il təvəllüdlü Kazımov Rasim Yusif oğlu ilan sancması nəticəsində Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib.
Hazırda onun vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir.
