Yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edən oftalmoloq - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində görkəmli elm xadimi, tanınmış oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı  ildönümü münasibətilə konfrans keçirilib.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva “Akademik Zərifə xanım Əliyevanın həyatı və yaradıcılığı” mövzusunda çıxış edərək qeyd edib  ki, 1923-cü il aprelin 28-də Kəngərli rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım şərəfli ömür yolu ilə öz adını zəmanəsinin böyük şəxsiyyətləri, ictimai xadimləri və alimləri sırasına əbədi olaraq yazdırıb. O, klinik və nəzəri oftalmologiya sahəsində fundamental tədqiqatlar aparmaqla bu sahənin inkişafının əsasını qoyub.

Diqqətə çatdırılıb ki, görkəmli oftalmoloqun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar.

Sonra Naxçıvan Tibb Kollecinin müəllimi Leyla Vəliyevanın,   Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasının oftalmoloqu Kəmalə Əliyevanın və Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin tələbəsi Bənövşə Qasımovanın çıxışları dinlənilib. Bildirilib ki, akademik Zərifə Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb.

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: