Naxçıvanda Aşura günü münasibətilə könüllü qanvermə aksiyaları keçirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində Məhərrəm ayının 10-cu günü – Aşura günü münasibətilə könüllü qanvermə aksiyaları keçirilir.
Aksiyalar Naxçıvan şəhərində yerləşən Heydər Məscidi, Sarvanlar Məscidi və Pirqəmiş Məscidində təşkil olunub.
Saat 09:00-dan 13:00-dək davam edəcək aksiyaların əsas məqsədi qan ehtiyatının artırılmasına dəstək vermək, eyni zamanda insanların həyatının xilasına töhfə verməkdir.
Qanvermə aksiyalarında iştirak etmək istəyən şəxslər göstərilən məscidlərə müraciət edə bilərlər.