Gələcəyin iqtisadçıları Dövlət Statistika Komistəsində olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində istehsalat təcrübəsi keçiblər.
Tələbələrə Komitənin fəaliyyəti, statistika sahəsində həyata keçirilən dövlət siyasəti, muxtar respublikanın sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətinə dair statistik məlumatların hazırlanması prosesi əyani olaraq göstərilib. Həmçinin təsərrüfat subyektlərindən ilkin məlumatların alınması məqsədilə hazırlanan rəsmi statistika hesabat formaları haqqında tələbələrə geniş məlumat verilib. Hesabatların qəbulu və ümumiləşdirilməsi yekunların əldə olunması prosesi əyani şəkildə izah edilib, Dövlət Statistika Komitəsinin rəsmi internet saytı haqqında da tələbələrə ətraflı məlumat verilib.
Sadiq Məmmədov