Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən seminar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən “Yerli özünüidarə orqanlarının və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda seminar keçirilib.

Seminarda nazirliyin əməkdaşı, kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov bildirib ki, əhalinin əksəriyyətinin kəndlərdə məskunlaşdığı muxtar respublikada ailə təsərrüfatlarının inkişafı daim diqqət mərkəzindədir. Təsərrüfat sahiblərinə güzəştli kreditlərin verilməsi və onların inkişafının hərtərəfli dəstəklənməsi bu sahədə çalışanlara stimul verir.

Sonra Bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri mövzusunda çıxış edən nazirliyin əməkdaşı, I dərəcəli  ədliyyə qulluqçusu Xəyal Eyvazov diqqətə çatdırıb ki, bələdiyyənin vəzifəli şəxsləri profilaktik tədbirlər həyata keçirməli, yerli əhalinin nəzərinə çatdırılmalıdır ki, torpaqların özbaşına tutulması  qanunla qadağan edilir. Bu əməli törədən şəxslər isə Azərbaycan Respublikasının Cinayət və İnzibati  Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Sonra Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov və  Culfa rayonunun Ərəfsə bələdiyyəsinin sədri Ehtiram Süleymanov “Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu”  mövzusunda çıxış ediblər.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda iştirakçılara “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair sənədlər toplusu” və  “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair  metodiki vəsaitlər təqdim edilib.    

 

                                                                 Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: