NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Riyaziyyat və İnformatika dərslərinin tədrisində innovativ metodlardan səmərəli istifadə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun “Ali riyaziyyat və informatika” və “Riyaziyyat və tədrisi metodikası” kafedralarının birgə hazırladıqları konfransda müvafiq kafedraların professor-müəllim heyəti, bir sıra ümumtəhsil məktəblərin riyaziyyat müəllimləri və şagirdləri də iştirak ediblər.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində keçirilən tədbirdə institutun rektoru Elbrus İsayev riyaziyyat fənninin tədrisində innovasiyalardan səmərəli istifadə olunması yollarından danışıb. Qeyd edib ki, riyaziyyat fənninin tədrisi zamanı innovativ metodlardan istifadə təhsilimizin məzmununa və strategiyasına uyğun qurulmalıdır.
Mədinə Rəhimli