Rumıniyada hərbi texnika və avadanlığa həsr olunmuş BSDA adlı sərgi çərçivəsində “Tırtıllı” Dacia Duster (MDB ölkələrində Renault Duster kimi tanınan) krossover avtomobilinin təqdimatı keçirilib.
NUHÇIXAN xəbər verir ki, istehsalçıların məlumatına əsasən, yeni avtomobil səhiyyə, hərbi, kənd təsərrüfatı və özəl biznesdə istifadə oluna bilər. Modelin normal təkərli vəziyyətdən tırtıllı vəziyyətə dəyişdirilməsi təxminən bir saat vaxt tələb edir. Avtomobilin başlanğıc qiyməti 11 min avro olacaq.
Qeyd edək ki, dözümlülüyü, keyfiyyəti və münasib qiyməti ilə seçilən krossover avtomobil həvəskarlarının rəğbətini qazanıb.