Bu il 10 illik yubileyini qeyd edən Babək Rayon Xalq Teatrı indiyə kimi bir çox tamaşaları uğurla səhnələşdirib. Əfqan Əsgərovun “Qız atası” komediyası ilə yenidən tamaşaçıların görüşünə gəlməyə hazırlaşan teatrın kollektivi artıq məşqlərə başlayıb.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əliyevdir. Bu yeni tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli Cavad kişi,Stella Babayeva Pəri xanım, İsmayıl Qurbanov Kərəm baba, Nuray Mehdiyeva Rəna, Rasim Qasımov Heydər, Elsevər Məmmədov Nəroğlan, Sunay Ağayev isəƏhməd obrazını canlandıracaqlar.
Tamaşa may ayının sonlarında ictimaiyyətə təqdim olunacaq.
Lalə Allahverdiyeva
“Şərqin səhəri” qəzeti