Ağcabədidə 6 kiloqram narkotik vasitə aşkarlanıb

A- A A+

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mahir Məhərrəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ondan 2 kiloqram heroin və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: