Sabah Culfanın 19 kəndində işıq olmayacaq

A- A A+

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunun 19 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Bildirilib ki, fasilə "Naxçıvan Enerji" MMC tərəfindən 110/35/10 kV-luq Çeşməbasar yarımstansiyasının yenidən qurulması və yeni elektrik xətlərinə qoşulması işləri ilə əlaqədardır. Bu məqsədlə iyulun 1-də saat 10:00-dan 14:00-dək 35 kV-luq Əbrəqunus hava elektrik xəttində enerji verilişi müvəqqəti dayandırılacaq.

Məlumata görə, bu müddətdə rayonun Camaldın, Ərəzin, Əbrəqunus, Qızılca, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Gal və Şurud kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: