Tovuzda 32 yaşlı kişi qətlə yetirilib

A- A A+

Tovuz rayonunda 32 yaşlı kişi qətlə yetirilib.

NUHÇIXAN-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: