Yayı isti vəquraq keçən, kontinental iqlim şəraitinə malik olan Naxçıvan ərazisində suvarma suyuna tələbat tarix boyu həyati zərurətə çevrilib.Suya olan tələbatı ödəmək üçün kəhrizlər qazılır, sututarlar (su anbarları) düzəldilir, kanallar çəkilirdi. Arxeoloji tədqiqatlar göstərir ki,bu cür tədbirlər hələ Eneolit dövründən həyata keçirilsə də, Naxçıvanın Rusiyanın tərkibinə keçməsindən (1828) sonra irriqasiya işləri daha da genişləndi. XIX əsrin ikinci yarısından sonra Naxçıvanda görülən irriqasiya işləri əsasən, Şangireylərin (Şahin Girey) adı ilə bağlıdır.
Tarixçi alim Əli Əliyev “Əlincə yaddaşı” kitabında, AMEA Naxçıvan Bölməsinin Tarix-Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli “Qanlıgöl su anbarı bəndinin tikilməsi haqqında kitabə” məqaləsində, o cümlədən, “Naxçıvan abidələri ensklopediyası” kitabında yuxarıdakı müəlliflər tərəfindən Şangirey haqqında məlumat verilmişdir.F.Səfərli İrəvan arxivlərindəki sənədlərəəsasən, Şangireyin 1863-1864-cü illərdə Naxçıvan şəhəri ilə Şıxmahmud kəndi arasında sahəsi 12 hektar olan “Şangirey gölü” adlanan göl tikdirdiyini, yerli əhali arasında “Naçalnik gölü”adlandırdığını qeyd etmişdir.İstər Ə.Əliyev, istərsə də F.Səfərli (yenə də İrəvandakı arxiv materiallarına əsasən) Şangireyin 1913-cü ildə İrəvanda ermənilər tərəfindən qətlə yetirildiyiniyazırlar.Akademik Qaraş Mədətov isə mülkədar Şangireyin suvarma suyuna görə mübahisə əsnasında 1913-cü ildə Şərurda kəndlilər tərəfindən qətləyetirildiyini yazır. Şangirey haqqında bəzi tədqiqatlar aparsaq da, bu şəxs haqqında olan məlumat uyğunsuz görünürdü. 1863-cü ildə Naxçıvanda qəza rəisi işləyən Şangireyin 1913-cü ildə yaşı 80-dən yuxarı olmalı idi.80 yaşından yuxarı adamın qətlə yetirilməsi uyğunsuz görünürdü.Bizim açdığımız polemikaya cavab olaraq, əvvəllər də “Şərq qapısı” qəzetində “Şərurda Şangirey kanalı” məqaləsini yazan AMEA Naxçıvan Bölməsinin əməkdaşı Musa Quliyev 2005-ci il fevral ayında “Şərq qapısı” qəzetində “Şahin Gireylər (Şangireylər) və Naxçıvan” məqaləsi ilə yeni və daha tutarlı əlavələr etdi.M.Quliyev bu məqaləsində Şangireyin bir adam olmayıb, qəza rəisi ata Akim Pavloviç Şahin Gireyin 1815-ci ildə doğulub, 1883-cü ildə vəfat etdiyini,su mühəndisi və mülkədar, oğul Akim Akimoviç Şahin Gireyin isə 1913-cü ildə öldürüldüyünü qeyd etdi. Maraqlıdır ki, istər əvvəlki müəlliflərin, istərsə də bizim rast gəldiyimiz qaynaqlarda A. Şangirey, ya da sadəcə Şangirey yazıldığı üçün ata-bala Şangireyləri ayırmaq mümkün olmayıb.
M.Quliyev 1845-ci ildə Naxçıvan Qəza İdarəsinin rəisi təyin edilən Akim Pavloviç Şahin Gireyin son nəsil şəcərəsini də verib. Onun atası PavelPetroviç Şan Gireyin Şimali Qafqazda böyük malikanəsi olub. Anası Mariya Akimovna (1799-1845) Akim Xastatovun qızı idi.Ana nənəsi II Yekaterinanın bacısı idi və bu iki bacı Stolipinlər nəslindən idi.
Akim Pavloviç Şahin Girey Peterburqda artilleriya məktəbində təhsil alıb, orduda xidmət etmiş və podporuçik rütbəsində 1845-ci ildə ordudan tərxis olunub.
Şangireylərin tarixinə nəzər salaq.Tarixi mənbələrə görə, Krım xanlarının əcdadı Cingiz xandan başlayır. Onlar özlərini Cuci xanın nəsil davmçısı bilirlər. Türk alimi Xəlil İnalçikin yazdığına görə Krım xanlığı miladi 1428 (hicri 831) –ci ildə Hacı Girey tərəfindən idarə olunub.Ə.Əliyev isə 1426-cı ildə Krım xanlığının qurulduğunu,1475-ci ildə MenqliGireyin Osmanlı dövlətinə tabe olduğunu qeyd edir.
XVI əsrin Osmanlı tarixçisi İbrahim Rahimzadə yazırdı ki, Azərbaycanı ələ keçirmək üçün osmanlılara köməyə gəlmiş Krım Xanı Qazi Girey qoşunu ilə Gəncə-Qarabağ əyalətinə soxularaq Gəncə ilə Bərdə arasındakı ərazidə talanla məşğul olmuş,geri dönəndə isə 30 minə qədər əsir aparıb.
1775-ci ildə Şahin Girey səltənətə sahib olur. 1784-cü ildə II BahadurGirey hakimiyyətə gəlir. 1785-ci ildə Şahin Girey Rusiyanın vassalı olaraq ikinci dəfə səltənətə sahib olur. 1787-ci ildə Rusiya Krımı işğal etdi və Gireylər səltənətinə son qoyuldu. Şahin Girey nəsli qısaca olaraq Şangirey familiyasını qəbul etdi.
Naxçıvanda qəza rəisi işlədiyi illərdə ata Şangirey irriqasiya işlərinin həyata keçirilməsində maraqlı olub. Bu işdə ona yerli mülkədar, general-mayor II Kalbalı xan yaxından köməklik edib.Ata Şangireydən yadigar qalan, yenidən genişləndirilərək suvarmada istifadə edilən indiki “Qanlıgöl” Şahbuz rayonunda,Küküçayın mənbə hissəsində yerləşir.
Rus tədqiqatçısı S.V.Veysenqofun 1883-cü ildə yazdığı,Tiflis arxivində saxlanılan “Zaqafqaziyada suvarmanın vəziyyəti haqqında məlumat” oçerkində və digər mənbələrdə Azərbaycanın ən iri su anbarlarından olan Xanıgölün (Qanlıgöl) XVI əsrin sonu, XVII əsrin əvvəllərində Heydər xan tərəfindən tikildiyi qeyd edilir.
Digər bir rus tədqiqatçısı M.N.Qerseqanov isə 1882-ci ildə yazdığı “Zaqafqaziyada suvarmanın vəziyyəti” oçerkində müharibələr nəticəsində dağıdılmış və sıradan çıxmış həmin su anbarının 1853-cü ildə naxçıvanlı mülkədar II Kalbalı xan tərəfindən bərpa edildiyini və ətrafına hasar çəkildiyini qeyd edir. Uzunluğu 150, eni 75, dərinliyi isə 2-4 sajenə qədər olan Xanıgöl (Qanlıgöl) su anbarının 40-50 min kub sajenə qədər su tutduğu bildirilir.Qanlı gölün (Xanıgöl sonradan Qanlı göl kimi adlanıb) 1859-1865-ci illərdə İrəvan qubernatorunun icazəsi ilə yerli mülkədar II Kalbalı xan Naxçıvanskinin və digər mülkədarların pul vəsaiti, yerli əhalinin qüvvəsi ilə bərpa edilməsi mənbələrdə qeyd edilir.
Görünür, yerli mülkədar, böyük nüfuz sahibi II Kalbalı xan Naxçıvan ətrafında və indiki Babək rayonu ərazisində olan torpaqları suvarmaq üçün Xanıgöl su anbarını dəfələrlə bərpa etməyə çalışıb.Gölün bəndində qoyulmuş daş kitabə də bunu sübut edir. Hələ 1969-cu ildə Xəlil Zamanovun “Kiçik Qafqazın gölləri və su anbarlarının su balansı” kitabında bu kitabənin şəkli verilib.Kitabə əski rus qrafikası ilə rus dilində və ərəb qrafikası ilə oyma üsulu ilə yazılıb. Rus qrafikası bu gün də yaxşı oxunur:"ИЖДИВЕНИЕМ КАЛБАЛЫ ХАНА СООРУДИЛЬ ГОРОДОВОЙ НАЧАЛНИК ШАНЬ -ГИРЕЙ" (Tərcüməsi isə belədir: “Kalbalı xanın himayəsi ilə qəza rəisi Şangirey bina etdirdi. 1865-ci il)
Maraqlıdır ki, həmin göldən bir qədər aşağıda kükülülərin “Qamışlıq” adlandırdığı yerdə də köhnə göl yeri var.Kükünün yaşlı sakinləri söyləyirdilər ki, bu da Kalbalı xanın ikinci gölü idi. Yayda hər iki göldən su Küküçayı vasitəsi ilə Qarababa kəndi yaxınlığında Naxçıvan çayına buraxılır,şəhər ətrafı və indiki Babək rayonunun ərazisi su ilə təmin olunurdu.
Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivində olan məlumata görə, su anbarı olan Qanlıgöldən Naxçıvan qəzasının ən iri arxları çəkilib.1842-ci ilə aid məlumatda göstərilir ki, Naxçıvan qəzasında 150 iri, 12 kiçik arx var idi. (Zaqafqaziya diyarında su arxlarının vəziyyəti haqda qeydlər). 1844-cü ildə Naxçıvan qəzasına ezam edilən su mühəndisi Bezakın məlumatına görə, dağılmış arxlar nəinki bərpa edilməmiş, fəaliyyət göstərən arxlar da dağılıb gedir. (mənbə:İ.V.Xatisov Qafqazda suvarma 1881)
O dövrdə Qafqaz canişini knyaz Baryatinskinin İngiltərədən dəvət etdiyi Qabbın tədqiqatları əsasında Azərbaycanda müasir suvarma üsulu ilə üç arx çəkildi. Qarayazı düzünü suvarmaq üçün çəkilmiş Marinski arxı, Arazdəyən düzünü suvaran Kaxanov və yuxarı Arpaçaydan çəkilmiş Qır düzünün (M.P. Psarev“Kir”, İ.A.Talıbzadə isə “Kür düzü”nü qeyd edib) bir hissəsini və Arpaçayla Araz çayı arasında olan sahəni suvaran Şan Girey arxı idi. Bu kanalın çəkilişi Şan Gireylərinsuvarma sahəsində o dövr üçün gördükləri ən böyük iş olmaqla yanaşı, həm də bu haqda olan məlumatlar bu iki şəxsin- ata-oğul Şan Gireylərin dolaşıq salınmasına və bir adam kimi tanınmasına səbəb olub.
Tarixçi-alim M.Quliyev Şan Gireyin hərbiçi olduğunu, Ə.Əliyev və F.Səfərli su mühəndisi olduğunu qeyd edirlər.Tədqiqatçı M.P.Psarev Şan Girey arxının çəkilməsi ilə bağlı Şan Girey kanalının tədqiqatının ingilis mühəndisi Qabb tərəfindən aparıldığını yazır. M.P.PrasevŞangireyinZaqafqaziyada hələ təcrübədən keçirilməyən üsulla, yəni bir çayın yatağından götürülən su ilə digər çayın qidalanmasını artırmaq üçün istifadə etdiyi yazır.Bu məqsəd üçün vətəndaş Şangirey tərəfindən üç kanal tikildi. Üstdəki birinci kanal Arpaçayın yayda su ehtiyatını artırmaq üçün Yelizavetapol qəzasında axan və yuxarı hissədə Arpaçayla yaxınlaşan Bazarçaydan çəkilmişdi. Əlavə iki kanal isə Arpaçayın suyunu Qır düzünə axıtmaq üçün çəkilmişdiYuxarı Bazarçay kanalı başlanğıcını dəniz səviyyəsindən 8000 fut yüksəklikdə götürür, buradan 6 verst uzunluğu olan təbii yarğan vasitəsi ilə Arpaçay dərəsinə tökülür.
İkinci kanal “Şangirey arxı” Dəvə öləndən 2 verst aşağıda Arpaçayın sol sahilindən başlanğıc alaraq 35 verst məsafədə “Qır”düzünə axıdılır. Arpaçayda daşdan qurulan bənd, ağac tıxaclarla tənzimlənən 4 qapıdan ibarət olub. Kanalın çox hissəsi sərt daşdan ibarət, dik yamaclı dağların ətəyindən keçdiyi üçün kanal daş divarlarla hörülüb.Kanal təpəliklərdən keçdiyi və məsafəni qısaltmaq üçün on lağım qazılmışdır. Lağımların ümumi uzunluğu 600 sajendir. Kanal çəkildiyi məsafədə üç quru çaydan (selov) keçən zaman daşla hörülmüş üç tunel qurulub.
İkinci kanal başa çatmamış Qır düzünü suvarmaq üçün üçüncü kanalın inşasına başladı. Üçüncü kanal ikincidən çox aşağıda olduğu üçün Şangireylər üçün ayrılmış Qır düzünün yarısını suvara bilərdi.Bütün bu irriqasiya işlərinin layihəsi xüsusi bir təşkilat tərəfindən təsdiqlənmədiyi üçün vətəndaş Şangirey tədqiqat işlərini özü aparır və işə rəhbərlik edirdi. Bütün bu işlərin görülməsinə 120 min manata (rubla) yaxın xərc çəkilib.
Göründüyü kimi, M.P.Psarev mətndə yalnız vətəndaş və ya sadəcə Şangirey yazır və tədqiqat işlərinin özü tərəfindən aparıldığını qeyd edir.Bu isə tədqiqatlarda Şangireyin bir şəxs və su mühəndisi olması fikrini yaradıb. O cümlədən,1885-ci ildə A. Şangireyin Şərurda çəltik əkinçiliyi mədəniyyəti haqqında məlumat məqaləsi də buna nümunə ola bilər.
Yuxarıda qeyd etdik ki, ata A.P.Şangirey 1883-cü ildə vəfat edib. Onda torpaqların istifadəsi oğul Şangirey tərəfindən aparılıb.Rus alimi və şərqşünası K.M.Smirnov “Naxçıvan diyarının tarixinə və etnoqrafiyasına dair materiallar” kitabında yazır: “Keçmiş qəza rəisi Şangirey torpaq aldı, kanal çəkdirdi və onun oğlu Naxçıvan diyarının mülkədarlarından biri oldu”.
Ə.Əliyevin “Əlincə yaddaşı” kitabında Şangireylər haqqında çox dəyərli həm də təzadlı məlumatlar vardır. Ə.Əliyev qeyd edir ki, mənim partiya təşkilat katibi olduğum Şərur rayonunun Xanlıqlar kəndində Krım zadəganının oğlu,mühəndis Şahingireyin malikanəsi olub. Kanalın çəkilişinin 1896-cı ildə başa gəldiyini və 65min manat sərf edildiyini qeyd edir. Ə.Əliyev qaynaqlara əsaslanaraqŞangireyin bir milyon dəyərində layihə ilə Batabatdan tunel açdırıb Bazar çayının suyunu Naxçıvana axıtmaq istədiyini,lakin heç bir baxımdan kredit ala bilmədiyi üçün işə başlamadığınıqeyd edir.
M.P.Psarev qeyd edir ki, rus hakimiyyətini bu layihə narahat edirdi.Çünki 1883-cü ildə (ata, qəza rəisi Şangireyin vəfat ili) Naxçıvan mahalının bir çox kəndləri ilkin tədqiqat işlərinin aparılması və tunelin çəkilməsi üçün lazımi vəsaitin toplanmasına hazır olduqlarınıbildirmişdilər. Hakimiyyət mütəxəssis çatışmamazlığını bəhanə edərək layihədən imtina etdi.Ə.Əliyev və M.Quliyev qeyd edirlər ki, 1913-cü ildə qətlə yetirilən Şahingireyin malikanəsi arvadı tərəfindən 1918-ci ilə kimi idarə edilirdi.1970-ci illərin axırında Şərur rayonunun Yayıcı kəndinin yaşlı sakinləri söyləyirdilər ki, Şangireyin ölümündən sonra vergiləri kürəkəni toplayırdı.
Naxçıvanda Şangireyin adına kənd (keçmiş Sovxoz, indiki Şərur rayonunun Oğuz kəndi ) və üzüm sortu vardır.
Zaleh Novruzov