Naxçıvan Televiziyasının Xəbərlər Departamentinin rəhbəri “Fərdi jurnalist müsabiqəsi”nin qaliblərindən olub - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 13 may 2026-cı il tarixində elan edilmiş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, müsabiqənin yekunlarına əsasən, Naxçıvan Televiziyasının Xəbərlər Departamentinin rəhbəri Röyal Məmiyev "Ən yaxşı ictimai-siyasi reportaj materialı" nominasiyası üzrə qaliblər sırasında yer alıb.

Bu uğur münasibətilə əməkdaşımızı səmimi-qəlbdən təbrik edir, ona gələcək peşəkar və yaradıcılıq fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: