İyun ayında Azərbaycanın dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin iyun ayındakı icmalında qeyd olunub.
Bildirilib ki, onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlub.
Bundan başqa qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.
