Səhər acqarına 1 stəkan su içmək nə üçün faydalıdır?

A- A A+

Bir çox elmi araşdırmalar sübut edir ki, suyun kifayət miqdarda qəbulu ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozulmaların, hətta xərçəngin profilaktik tədbirlərindən biridir.

NUHÇIXAN sizə səhər acqarına 1 stəkan su içməyin faydalarını təqdim edir:

1. Yuxu zamanı insan orqanizmi maye itirir, orqanizmdə susuzlaşma başlayır. Bu səbəbdən səhər acqarına 1 stəkan su içmək orqanizmdə çox vacib olan su balansını bərpa edir.

2. Su mədə-bağırsaq sistemini "oyadır", işə salır. Bu isə qəbizliklə mübarizədə kömək edir.

3. Səhər acqarına içilmiş  1 stəkan su bizi daha gümrah edir, iş qabiliyyətimizi artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

4. Bu dərinin sağlamlığı və gözəlliyi üçün çox faydalıdır.

5. Orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.   

6. Ürək-damar sisteminin işini yüngülləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: