UNESCO-nun baş qərargahında biomüxtəliflik elmi və siyasi hökumətlərarası Platformanın 7-ci plenar sessiyası işə başlayıb

A- A A+

Parisdə UNESCO-nun baş qərargahında biomüxtəliflik və ekosistemlər xidmətləri üzrə elmi və siyasi hökumətlərarası Platformanın 7-ci plenar sessiyası işə başlayıb.

NUHÇIXAN xəbər verir ki, 132 ölkənin iştirak etdiyi sessiyada Platforma üzvlərindən plenarın yeni Bürosunun prezident, 4 vitse-prezidenti və 5 üzvü seçiləcək. Platformanın əsas məqsədi biomüxtəliflik sahəsində üzləşilən problemlərin həllini tapmaqdan ibarətdir.

Son illər elmi tədqiqatçılar biomüxtəlifliyin yoxa çıxması ilə bağlı həyəcan təbili çalırlar. Hazırlanmış elmi hesabatda qarşıdan gələn 10 illiklər ərzində milyona qədər heyvan və bitki növlərinin yoxa çıxmaq təhlükəsində olduğu göstərilib. 500 il ərzində insan fəaliyyətinin 680 bitki növünün yoxa çıxmasına səbəb olduğu bildirilir.

Mayın 4-dək davam edəcək sessiyada 8-ci plenar sessiyanın yeri və tarixi də müəyyən ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: