Deputat Ülviyyə Həmzəyeva 2026-cı ilin ilk yarısı üzrə fəaliyyət hesabatını təqdim edib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Ülviyyə Həmzəyeva 2026-cı ilin yanvar–iyun aylarını əhatə edən fəaliyyət hesabatını ictimaiyyətə təqdim edib.

Hesabatda deputatın qanunvericilik fəaliyyəti, Milli Məclisin plenar və komitə iclaslarında iştirakı, seçicilərlə keçirilən görüşlər, vətəndaş müraciətlərinin qəbulu və həlli istiqamətində görülən işlər, eləcə də sosial, mədəni və ictimai layihələrdə iştirakı barədə ətraflı məlumat yer alıb.

Sənəddə həmçinin Babək–Naxçıvan–Culfa seçki dairəsi üzrə həyata keçirilən görüşlər, seçicilərin qaldırdıqları məsələlərin aidiyyəti qurumlar qarşısında qaldırılması və onların həlli istiqamətində görülən tədbirlər öz əksini tapıb.

Deputat Ülviyyə Həmzəyeva bildirib ki, fəaliyyətinin əsas istiqamətlərini seçicilərlə daim təmasda olmaq, onların problemlərinin həllinə dəstək göstərmək və qanunvericilik təşəbbüslərində fəal iştirak təşkil edir.

2026-cı ilin ilk altı ayını əhatə edən hesabat ictimaiyyət üçün açıq şəkildə təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: