NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə ekoloji yürüş təşkil olunub.
“Kənddən-kəndə” layihəsi çərçivəsində gənclər Şahbuz rayonunun Nursu kəndindən Ağbulaq kəndinə qədər olan 11 km məsafəni piyada qət ediblər. 50-dən artıq gəncin iştirak etdiyi yürüşün keçirilməsində məqsəd muxtar respublikanın təbiətini, fauna və florasını gənclərə tanıtmaq həmçinin bu idman növünün gənclər arasında yayılmasıdır. Maraqlı və uzun yürüş çərçivəsində gənclər Nursu gölünün ətrafında müxtəlif oyunlar oynayıb, fotoşəkillər çəkdiriblər.
11 km dağlıq ərazini qət edən gənclər Ağbulaq kəndində yerləşən eyni adlı İstirahət Mərkəzinə çatıblar. Mərkəzlə tanış olduqdan sonra mini futbol meydançasında futbol oynayıblar.
Sadiq Məmmədov