Azərbaycanda yanvar-iyun aylarında meyit donorlardan götürülən orqan və toxumalar hesabına 30-a yaxın transplantasiya əməliyyatı icra edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu transplantasiyalar çərçivəsində böyrək, qaraciyər, ürək və buynuz qişa köçürülməsi uğurla həyata keçirilib.
Həmçinin bu ilin ilk altı ayında ölkədə ümumilikdə 130-dan çox orqan və toxuma transplantasiyası həyata keçirilib. Bu əməliyyatların 60-a yaxını böyrək, 30-a yaxını qaraciyər, 20-dən çoxu sümük iliyi, 25-ə yaxını isə buynuz qişa transplantasiyası olub.
