Həmyerlimiz beynəlxalq konfransda iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Beynəlxalq Endoskopik Laparoskopik cərrahiyyə dərnəyinin təskilatçılığı ilə bu il aprel ayının 19-dan 22-dək Şimali Kipr Türk Respublikasında 14-cü Endoskopik Laparoskopik Cərrahiyyə Konfransı keçirilib. Türkiyə Endoskopik cərrahiyyə dərnəyinin sədri Professor Levent Avtanın dəvəti ilə Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin həkim cərrahı Nazim İbrahimov da bu konfransda iştirak edib və sertifikat alıb.

Tədbiri keçirməkdə əsas məqsəd dünyada aparılan əməliyyatların və tibbi yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair mütəxəssisləri ən müasir protokollarla tanış etməkdir. Beynəlxalq konfransa dünyanın müxtəlif ölkələrindən gəlmiş 100-ə yaxın iştirakçı qatılıb. Burada son illərdə inkişaf  edən texnologiyanın cərrahiyyədə yaratdığı imkanlar, bu texnologiyanın tətbiqi ilə aparılan ən son cərrahiyyə əməliyyatları barədə ətraflı məlumatlar verilib, konfrans müddətində klinik və nəzəri təcrübələr keçirilib.

 

Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: